Hollandlar üzən şəhər tikirlər
Hollandlar üzmə qabiliyyətinə malik evlərdən ibarət olacaq şəhər salmağa hazırlaşırlar. 2040-cı ilədək Hollandiyada hər birinin sahəsi 4 tennis kortuna bərabər 13 min üzən ev tikmək planlaşdırılır. Hazırda Rotterdamda təcrübə üçün birinci üzən ev tikilib. Bu, Rijnhaven metrostansiyası yaxınlığında bir-birinə birləşik olan 3 yarımkürə şəkilli kompleksdir. Ümumi ölçüsü 46х24 metr olan üzən ev yeni nəsil ekoloji yaşayış evi nümunəsidir.
"ICTnews.az" elektron xəbər xidməti "rnd.cnews.ru" saytına istinadən bildirir ki, üzmə qabiliyyətinə malik yarımkürələr şüşədən 100 dəfə yüngül olan şəffaf plastikdən hazırlanıb və atmosfer təsirlərinə qarşı dayanıqlıdır. Çəkisi yüngül olduğuna görə üzən ev güclü bünövrə və ya yüksək davamlı karkasa ehtiyac duymur. Bünövrənin qalınlığı cəmisi 2 metr təşkil edir və beton lövhə və polistiroldan hazırlanıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL