waplog

“Opera Mini” səyyahı trafikə qənaət etməyə kömək edir


“Opera Software” şirkəti dünya üzrə “Opera Mini” səyyahından istifadə edilməsi haqqında növbəti aylıq hesabat çərçivəsində onun mobil səyyahlarının pula necə qənaət etməyə kömək etdiyi barəsində məlumat təqdim edib. Məsələn, “facebook.com” saytının adi mobil səyyah vasitəsilə yüklənməsi 200 Kilobayt trafik sərf edir. Lakin əgər “Opera Mini” səyyahından istifadə etsək, onda “Facebook” şəbəkəsində həminki 200 Kilobayt trafikə orta hesabla 8.5 səhifə açmaq olar.
2011-ci ilin iyun ayında “Opera Mini” səyyahından 115 milyondan çox insan istifadə edib. Bu göstərici may ayı ilə müqayisədə 1,4% çoxdur. Onlar 67,3 milyarddan çox səhifəyə baxıblar. Bu göstərici keçən ilin iyul ayı ilə müqayisədə 146,1% çoxdur.


www.3dnews.ru

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL