“Azərspace-1” peyki haqqında Amerika ictimaiyyətinin məlumatlandırılması üzrə kampaniyaya start verilib
ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Azərbaycanın cari ilin fevralında kosmosa buraxılacaq "Azərspace-1" birinci peyki haqqında məlumatın Amerika ictimaiyyətinə çatdırılması üzrə kampaniyaya başlayıb.
ABŞ-ın Azərbaycan icmasının üzvləri Amerikanın qanunvericilərinə və mediasına göndərəcəkləri məktublarda Birləşmiş Ştatlar ilə ölkəmiz arasında iqtisadi-ticari əlaqələr, o cümlədən qeyri-neft sektorunda əməkdaşlıq barədə məlumat verəcəklər.Onlar qanunvericiləri qarşılıqlı faydalı münasibətlərin inkişafına dəstək verməyə çağıracaqlar.
Virciniya ştatında fəaliyyət göstərən "Orbital Sciences" şirkəti tərəfindən yaradılmış "Azərspace-1" peyki fevralın 8-də kosmosa buraxılacağı yerə gətirilib. Azərbaycan ölkənin birinci peykinin işlənib hazırlanması, yığılması və təyinat yerinə çatdırılıması üçün 2010-cü ilin iyununda "Orbital Sciences" ilə müqavilə imzalanıb.
Dəyəri 230 milyon ABŞ dolları olan müqavilə sayəsində əksəriyyəti Virciniya ştatından olan amerikalılar üçün 1500 yeni iş yeri yaradılıb. "Aerospace Industries Association"un 2012-ci ilin hesabatına görə, ABŞ-ın istehsalı olan peyklərin dünya bazarındakı payı 1999-cu ilin sonunda azalaraq 65 faizdən 30 faizə düşüb. Hesabatda bildirilir ki, ABŞ şirkətləri 1999-2009-cu illərdə 21 milyard dollar itiriblər. Nəticədə hər il doqquz min iş yeri ixtisar edilib.
Azərbaycan ilə müqavilə yeni iş yerlərinin yaradılmasına səbəb olub. "Azərspace-1" peyki kosmosa buraxılandan sonra Azərbaycan Şərqi Avropa, Qafqaz regionları, Mərkəzi Asiya və Şimali Afrika ölkələri üçün bir sıra telekommunikasiya xidmətləri təklif edə biləcəkdir. Onlara rəqəmsal yayım, sürətli internetdən istifadə, məlumatların ötürülməsi, məhdud istiqamətli peyk rabitəsi terminallarının yaradılması və s. xidmətlər göstərilə bilər.
Peykin resurslarının təxminən 20 faizi Azərbaycanın daxili ehtiyaclarına yönəldiləcək, qalan 80 faizi isə kommersiya məqsədi ilə başqa dövlətlərin, o cümlədən ABŞ hökumətinin, İraq, Əfqanıstan və Mərkəzi Asiya ölkələrindəki özəl müştərilərin ixtiyarına veriləcəkdir. Peykin işə salınması sayəsində Azərbaycanın bütün keyfiyyətli teleradio yayımı, yüksək sürətli internet ilə təmin olunacaq, məsafədən təhsil, elektron səhiyyə sistemi və kommunikasiya problemlərinin aradan qaldırılması üçün sabit platforma yaradılacaqdır.
Bundan əlavə, Azərbaycan mülki aviasiya təyinatlı səkkiz təyyarənin alınması üçün 2010-cu ildə "Boeing" şirkəti ilə bir milyard dollarlıq müqavilə imzalamışdır. O dövrdə "New York Times" qəzetinin yazmışdır ki, bu müqavilə ABŞ-da 11.000 iş yerinin saxlanmasına imkan yaradacaqdır.
Azərbaycan ikinci peykini 2015-ci ildə, üçüncünü isə 2016-cı ildə kosmosa buraxmağa hazırlaşır. Bu isə o deməkdir ki, ABŞ şirkətləri ilə həmin peyklərin işlənib hazırlanması, yığılması, çatdırılması və s. üzrə yeni müqavilələr imzalanacaqdır.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL