waplog

65 min ədəd su sayğacı quraşdırılıb


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli suyun dəqiq uçotunun aparılması, su itkilərinin və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması məqsədilə kompleks tədbirlər həyata keçirir.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əhali və qeyri-əhali qrupuna ön ödənişli (smart-kart tipli) elektron su sayğaclarının quraşdırılması ilə yanaşı, bütün su-kanal departamentlərinin xidməti ərazilərinin sərhəd nöqtələrində fləns və zond tipli sayğacların quraşdırılmasına başlanıb.

Bu sayğaclar hər bir xidmət ərazisinin giriş və çıxış xətləri üzərində quraşdırılmaqla müvafiq ərazidə içməli suyun həm istehlakı, həm də itkilərini müəyyənləşdirməyə imkan verəcək. Bununla da hər bir su-kanal departamenti üzrə verilən suyun faktiki həcmi, satılan suyun həcmi, yığım və itkilər barədə məlumatlar daha dəqiq şəkildə müəyyən olunacaq.

Ümumilikdə Bakı şəhəri üzrə 270 giriş və çıxış nöqtəsində belə sayğacların quraşdırılması nəzərdə tutulur. Bu məqsədlə ilkin mərhələdə Almaniya istehsalı olan fləns tipli 166 ədəd “KROHNE” və Böyük Britaniya istehsalı olan zond tipli 91 ədəd ABB markalı su sayğacları alınıb.

Qeyd edək ki, son 1 ildə içməli su sektorunda ilk dəfə smart-kart tipli sayğacların quraşdırılmasına başlanılıb. Ötən dövrdə 22 mini-smart-kart olmaqla ümumilikdə 65 min ədəd su sayğacı quraşdırılıb.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL