“Bakinternet” internet xidmətinin mərkəzi platforması yenidən qurulub
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi “Bakinternet” internet xidmətinin mərkəzi platforması yüksəksəviyyəli marşrutlayıcılar tətbiq olunmaqla yenidən qurulub.
Bu barədə birliyin baş direktor müavini Xankişi Kişiyev məlumat verib. Onun sözlərinə görə, yeni layihənin həyata keçirilməsi ilə onlayn rejimində abunəçilərin eyni vaxta qoşulma səviyyəsi 3 mindən 12 minə çatdırılıb.
“Bakinternet” internet xidmətinin əvvəlki platformasına qoşulan abunəçilərin yeni platforma üzərinə keçirilməsi təmin olunub. “Bakinternet” internet xidmətinin qlobal internet şəbəkəsinə qoşulma sürəti ilin əvvəlinə nisbətən 12 Gbit/s artırılaraq 20 Gbit/s-ə çatdırılıb.
Qeyd edək ki, birlik tərəfindən genişzolaqlı internet xidmətlərindən istifadə tarifləri ötən ilin sentyabr ayının 1-dən 30%-ə yaxın aşağı salınıb.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL