waplog

“Elektron səhiyyə həftəsi” keçiriləcək


Cari ilin 13-15 may tarixlərində İrlandiyanın Dublin şəhərində “Elektron səhiyyə həftəsi” keçiriləcək. 2012-ci ildə keçirilən “E-Səhiyyə həftəsi”nin uğurla başa vurulmasından sonra 2013-cü il üçün nəzərdə tutulmuş eyni adlı tədbirlə bağlı artıq hazırlıq işləri başlayıb.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, “E-Səhiyyə həftəsi”ndə Avropa üzrə səhiyyə partnyorları və təchizatçıları, eləcə də regional həmkarları birgə iştirak edəcək. Həftə çərçivəsində sözügedən sahə üzrə mühüm qərarlar qəbul ediləcək, həmçinin iştirakçıların e-səhiyyənin istiqamətləri ilə bağlı geniş müzakirələr aparmaq imkanı olacaq:

“Tədbirin əsas məqsədi səhiyyədə yeni informasiya texnologiyalarının araşdırılması, təlimlərinin təşkili və bu texnologiyaların tətbiqini təmin etməkdir. Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyəti (HIMSS - Healthcare Information and Management Systems Society) hesab edir ki, “2013-cü il - E-səhiyyə həftəsi” - onun fəal üzvləri üçün e-səhiyyənin qarşısında dayanan məsələlərin həlli istiqamətində, eləcə də informasiya texnologiyalarının səhiyyəyə tətbiqi sahəsində və iştirakçı ölkələrdə səhiyyənin elektronlaşdırılmasının inkişafının gücləndirilməsində çox əhəmiyyətli rol oynayacaq”.

Nazirlikdən qeyd edilib ki, “E-səhiyyə həftəsi” yeni informasiya texnologiyaları investorlarının tanışlığı və iş birliyi üçün də yeni fürsətlər deməkdir.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL