waplog

Maliyyə Nazirliyindən xəbərdarlıq: «QHT-lər hesabatları elektron qaydada təhvil verə bilərlər»


Maliyyə Nazirliyi Qeyri-hökumət təşkilatlarına müraciət edib. "ICTnews.az" elektron xəbər xidməti nazirliyin rəsmi internet səhifəsinə istinadən bildirir ki, müraciətdə QHT rəhbərlərinin nəzərinə çatdırılır ki, "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə uyğun olaraq qeyri-hökumət təşkilatları maliyyə hesabatlarını Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına uyğun tərtib etməlidir.

"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən QHT tərəfindən illik maliyyə hesabatının hər il aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanunun icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nda QHT tərəfindən illik maliyyə hesabatlarının Maliyyə Nazirliyinə təqdim edilməsi üzrə prosedur qaydası müəyyən edilib.

Bundan başqa, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi şəxslərin dövlət qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsini nəzərdə tutur.

Nazirlik qeyd olunan qanunvericilik aktlarının tələblərinin təmin edilməsi məqsədilə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanunun tələblərinə əsasən illik maliyyə hesabatlarını təqdim etməli olan QHT-lərin, o cümlədən xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin nəzərinə çatdırır ki, göstərilən müddət ərzində illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməlidir.

Qeyri-hökumət təşkilatları tərəfindən 2012-ci il üçün tərtib edilən maliyyə hesabatları elektron formada Maliyyə Nazirliyinə təqdim edildikdə, bu hesabatlar nazirliyin rəsmi internet saytı olan "maliyye.gov.az"-da yaradılan "Elektron xidmətlər" bölməsindən və ya "Word", "Exel", "Adobe acrobat" (PDF) formatlarında "qht-hesabat@maliyye.gov.az" email ünvanına göndərilə bilər.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL