waplog

“Seagate” rüb ərzində təxminən 60 milyon sərt disk tədarük edib


"Seagate" şirkəti 2012-ci ilin dördüncü rübü üzrə iş fəaliyyəti haqqında məlumat verib. Ən böyük sərt disk istehsalçılarından biri 3 ay ərzində təxminən 3,7 milyard dollar həcmində gəlir əldə edib. Müqayisə üçün qeyd edək ki, 1 il bundan əvvəl şirkətin gəliri 3,2 milyard dollar təşkil etmişdi.

"Seagate"-in xalis mənfəəti 563-dən 492 milyonadək azalıb. Şirkət rüb ərzində təxminən 60 milyon sərt disk satıb.

Müqayisə üçün bildirək ki, "Seagate"-in əsas rəqibi "Western Digital" firması müvafiq dövrdə 59,2 milyon sərt disk satıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL