waplog

Naxçıvan Dövlət Universiteti üçün Elektron Təhsil Şəbəkəsi və Rəqəmsal Multimedia İnfrastrukturu yaradılacaq


Təhsil Nazirliyi ilə Koreyanın Xarici İşlər və Ticarət Nazirliyi arasında “Naxçıvan Dövlət Universiteti üçün Elektron Təhsil Şəbəkəsi və Rəqəmsal Multimedia İnfrastrukturunun yaradılmasına dair Qrant Sazişi”nin imzalanması mərasimi keçirilib.

“ICTnews” elektron xəbər xidmətinə nazirlikdən bildirilib ki, tədbirdə təhsil naziri Misir Mərdanov Azərbaycana dost ölkə olan Koreya ilə müvafiq istiqamətdə əməkdaşlığın genişləndirilməsini yüksək dəyərləndirib, Koreyanın ölkəmizdə təhsillə bağlı çoxsaylı layihələr həyata keçirdiyini qeyd edərək bu sahədə görülən işlərdən söz açıb, “Elektron Təhsil Şəbəkəsi və Rəqəmsal Multimedia İnfrastrukturunun yaradılmasına dair Qrant Sazişi”nin mühüm əhəmiyyətindən danışıb.

Qeyd olunan sazişin ölkəmizin bu günü ilə səsləşdiyini vurğulayan təhsil naziri qonaqların diqqətinə çatdırıb ki, 2013-cü il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunub.

Nazir son illər informasiya-kommunikasiya texnologiyalarının təhsil sahəsində tətbiqi üzrə əldə olunmuş nailiyyətlər barədə də məlumat verib. Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İn 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunmasını yüksək dəyərləndirib. Naxçıvan Dövlət Universiteti üçün “Elektron Təhsil Şəbəkəsi və Rəqəmsal Multimedia İnfrastrukturunun yaradılmasına dair Qrant Sazişi”nin imzalanmasının əhəmiyyətini qeyd edən səfir Azərbaycanla Koreya arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli rəhbəri olduğu təhsil müəssisəsinin dünyanın 80-dən çox universiteti ilə əməkdaşlıq müqaviləsi imzaladığını nəzərə çatdırıb. Ali məktəbin rektoru Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Cənubi Koreya Dil Tədrisi Mərkəzində dili ən yaxşı öyrənən tələbənin Koreyaya Yay Məktəbinə göndərilməsinin nəzərdə tutulması, Koreya ilə tələbə mübadiləsi çərçivəsində görülən işlər, Qrant Sazişi çərçivəsində həyata keçiriləcək tədbirlər haqqında məlumat verib və digər bu kimi məsələlərdən söz açıb.

Sonra Təhsil Nazirliyi ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında “Naxçıvan Dövlət Universiteti üçün Elektron Təhsil Şəbəkəsi və Rəqəmsal Multimedia İnfrastrukturunun yaradılmasına dair Qrant Sazişi” imzalanıb. Sazişi təhsil naziri Misir Mərdanov və səfir Çoi Suk-İn imzalayıb. Qeyd olunub ki, sazişin əsas məqsədi tələbələrə onlayn təhsil xidmətinin göstərilməsi üçün portal, distant təhsil, elektron kitabxana və rəqəmsal multimedia infrastrukturlu elektron təhsil şəbəkəsinin yaradılmasıdır.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL