Ən yaxşı satıcılar mükafatlandırıldı
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC çoxsaylı xidmətlərinin tanıdılması istiqamətində layihələrini davam etdirir. Bu təşəbbüslərdən biri də neçə illərdir ki, ənənəvi olaraq reallaşdırılan “Azercell Xidmətlərini Bil” layihəsidir.
“Azercell Telekom”un baş ofisində həmin layihənin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Şirkətin prezidenti Kiril Qaburiçin iştirak etdiyi mərasimdə 36 ən yaxşı satıcı Fəxri fərmanla təltif olunub. Bundan əlavə, onlara şirkətdən xüsusi hədiyyələr də təqdim edilib.
Layihənin əsas məqsədi “Azercell”in təqdim etdiyi xidmətlərin dilerlərə daha yaxşı tanıdılması, bu yolla yeniliklərin abunəçilər arasında daha da populyarlaşdırılmasına nail olmaqdır. “Azercell Xidmətlərini Bil” müsabiqəsi çərçivəsində şirkətin bütün respublika üzrə Diler/Distribüter dükan şəbəkələrində çalışan, “Azercell”in xidmət, tarif və kampaniyalarını yüksək səviyyədə bilən ən yaxşı satıcılar seçilib.
Satış təmsilçilərindən ibarət monitorinq qrupunun iştirakı ilə baş tutan seçim nəticəsində 36 satıcı qalib elan olunub. Onlardan 18 nəfəri Bakı, 18 nəfəri isə bölgələri (hər bölgədən 3 satıcı olmaqla) təmsil edir.
Qalibləri təbrik edən Kiril Qaburiç onlara fəaliyyətlərində uğurlar arzulayıb və bu cür tədbirlərin “Azercell” xidmətlərinin daha yüksək səviyyəyə qaldırılmasına yardım etdiyini söyləyib. Cənab Qaburiç ənənə halını almış bu müsabiqənin növbəti illərdə də davam etdiriləcəyini bəyan edib.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL