waplog

Daşıyıcı nəqliyyat vasitələrinin hər birinə “qara qutu” quraşdırılacaq


Müasir texnologiya əsasında qurulan "qara qutu" bu il ərzində daşıyıcı nəqliyyat vasitələrinin hər birinə quraşdırılacaq. Bu cihazlar sürücülərin iş və istirahət vaxtına nəzarət üçündür".

Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov "ICTnews.az"-a bildirib ki, bu cihazların təqdimat mərasimi keçirilib. "Avropadan gələn daşıyıcılarda bu cihaz var. Bizim yerli daşıyıcılarda isə bunlar tam olaraq quraşdırılacaq.

Çünki o cihazlar olmadan sürücülərin iş və istirahət rejiminə necə əməl etməsinə nəzarət etmək olmaz. Bununla bağlı dünyada qəbul olunmuş normalar var. Belə ki, sürücü həftə ərzində 56 saatdan artıq avtonəqliyyat vasitəsini idarə edə bilməz. Sürücü 4-5 saatdan bir idarə etdiyi avtobusdan düşüb dincəlməlidir. Bütün bunlar hamısı həmin cihazda yazılıb qeydə alınır və həmin yazıları oxuyan mütəxəssislər olacaq. Tutaq ki, haradasa bir qəza baş veribsə, orada baxılacaq ki, görəsən, həmin sürücü istirahət və iş rejiminə əməl edib, ya yox. Bu cihazla insan amili yoxlanılacaq".

N. Həsənov bildirib ki, bu il görülən işlər daha da sürətləndiriləcək və "İntellektual İdarəetmə"nin ikinci hissəsi tətbiq olunacaq. "Məlum olduğu kimi, eyni xətt üzrə işləyən avtobuslar xətdən kənarlaşdırılıb. Sərnişindaşımada 174 marşrut xətti saxlanılıb. Bu marşrut xətləri üzrə 2421 avtobus fəaliyyət göstərir. Bunlardan 1423-ü iritutumlu, 985 ortatutumlu, 13-ü isə xırdatutumludur", – deyə nazirlik rəsmisi əlavə edib.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL