Rusiyada internet ticarət populyarlaşır
"McKinsey & Company" konsaltinq firması Rusiyada internet ticarət bazarını növbəti dəfə araşdırıb.
"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, 2011-ci ildə bu seqmentin həcmi təxminən 13 milyard dollar təşkil etmişdi. 2014-cü ilədək internet üzərindən həyata keçirilən satışların həcmi 2 dəfə arta bilər.
Rusiya vətəndaşları internet üzərindən daha çox satınalmalar həyata keçirməyə başlayıb. İnternetə çıxış imkanına malik mobil qurğuların populyarlaşması, həmçinin öz sözünü deyir. İnternet ticarət seqmentində "dəmir yolları və aviabiletlər", "yığcam elektronika" və "məişət texnikası" kateqoriyaları daha tələbatlıdır. Rusiyada aktiv istifadəçilərin 60 faizi son üç ay ərzində internet üzərindən satınalma həyata keçirib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL