waplog

“Apple” şirkətinin planşet bazarı üzrə payı azalıb – ARAŞDIRMA


"IDC" analitik şirkətinin tədqiqat məlumatına əsasən, "Apple iPad" planşet kompüterlərinin bazar payı artıq iki rüb ardıcıl olaraq azalır: 2012-ci ilin dördüncü rübündə qeydə alınmış azalma 43,6 faiz təşkil edib.

Onun ən yaxın izləyicisi olan "Samsung" bu seqmentin 15,1 faizinə nəzarət edir. "ICTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, qeydə alınmış azalmaya baxmayaraq, "iPad" istehsalçısının lider mövqeyinə hələ ki heç bir təhlükə yoxdur.

"IDC"-nin məlumatına görə, 2012-ci ilin dördüncü rübündə "Apple" şirkəti 22,9 milyon planşet tədarük edib: bu göstərici ötən illə müqayisədə 48,1 faiz çoxdur. "Samsung" hesabat rübündə 7,9 milyon planşet tədarük edib. Rüb ərzində planşet istehsalçıları ümumilikdə 52,5 milyon qurğu tədarük ediblər:

1 il əvvəllə müqayisədə artım 75,3 faiz təşkil edib. 2012-ci ilin dördüncü rübünün yekununa görə, "Amazon", "Asus" və "Barnes & Noble" şirkətləri, həmçinin ən böyük planşet istehsalçıları arasında yer alıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL