“Aztelekom” İstehsalat Birliyində Azərbaycan Gəncləri Günü qeyd olundu
Azərbaycan Gəncləri Günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyində qeyd olundu. Bu münasibətlə fevralın 1-də birlikdə gənclərin toplantısı keçirildi.
Əvvəlcə "Aztelekom" İstehsalat Birliyində çalışan gənc mütəxəssislər və kollektivin nümayəndələri Fəxri Xiyabana gələrək Azərbaycanın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoydular.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə tər çiçəklər düzüldü. Sonra tədbir birliyin "Konfrans zalı"nda davam etdi. Tədbiri giriş sözü ilə "Aztelekom" İB-nin baş direktoru Məhəmməd Məmmədov açaraq gəncləri bayram münasibətilə təbrik etdi.
Məhəmməd Məmmədov bildirdi ki, Azərbaycanda 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı dövlətin bu sahəyə verdiyi önəmi bir daha təsdiq etdi. Məhəmməd Məmmədov dövlət gənclər siyasətinin uğurlarından, gənclərin ölkəmizin ictimai-mədəni, sosial-iqtisadi həyatında fəal iştirakından, beynəlxalq tədbirlərdə, möhtəşəm idman yarışlarında Azərbaycanı layiqincə təmsil etdiklərindən danışdı.
O qeyd etdi ki, Azərbaycan gənclərinin qazandıqları nailliyyətlər, onlara göstərilən dövlət qayğısı imkan verir ki, milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətlərində gənclərimiz tərəfindən daha çox fəallıq nümayiş etdirilməlidir.
Bu bayram ulu öndər Heydər Əliyevin gəncliyimizə ən gözəl hədiyyəsidir. Azərbaycan gəncini hər zaman ağıllı, güclü, məntiqli, müstəqil görmək istəyən ümummilli liderin sərəncamı ilə 1994-cü ilin iyulunda Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı il fevralın 2-də Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ölkədə Azərbaycan gəncləri forumu keçirilərkən üzünü gənclərə tutan ulu öndər Heydər Əliyev demişdir: "Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun".
Ölkə rəhbəri İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Möhtərəm Prezidentimiz tərəfindən 2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi rabitəçi gənclərin fəaliyyəti üçün əlavə stimul olmaqla bərabər, bu il onların daha məsuliyyətlə işləmələrini tələb edir.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL