waplog

Avropa Birliyi 2013-cü il üçün İKT İş Proqramı çərçivəsində elan edilən müsabiqələrin istiqamətlərini müəyyənləşdirib


Üzv ölkələrinin dünyada rəqabət aparmaq bacarığının gücləndirilməsi və qabaqcıl rolunun saxlanılması məqsədi ilə 1984-cü ildən başlayaraq, Avropa Birliyi Komissiyası müxtəlif istiqamətlərdə tədqiqatların aparılması üzrə proqramlar maliyyələşdirir.

Bu proqramlardan ən böyüyü Tədqiqat və Texnoloji İnkişaf Çərçivə Proqramı (Research&Development Framework Program) adlanır. Avropa Birliyi hal-hazırda yerinə yetirilməkdə olan 7-ci Çərçivə Proqramına (The 7th Framework Programme – 7FP) uyğun olaraq, 2013-cü il üçün İKT İş Proqramı çərçivəsində müsabiqələr elan edib.

Bu barədə  Regional İnnovasiya Texnologiyaları Akademiyasının direktoru, AB-nin Azərbaycanda İKT Milli Əlaqələndiricisi Tofiq Babayev məlumat verib.

"ICTnews" elektron xəbər xidməti İKT sahəsində fəaliyyət göstərən müəssisələrin, elmi-tədqiqat mərkəzlərinin nəzərinə müsabiqələrin istiqamətlərini təqdim edir:

"CALL 11" müsabiqəsinin mövzuları

18.09.12- 16.04.13

 

Mövzu

Qeyd
ICT-2013.1.1 "Future Networks"
Gələcəyin şəbəkələri
 
ICT-2013.3.1 "Nanoelectronics"
Nanoelektronika
 
ICT-2013.3.2 "Photonics"
Fotonika
 
ICT-2013.4.2 "Scalable data analytics"
Ölçülə bilən məlumatın təhlili (analitikası)
 
ICT-2013.6.1 "Smart energy grids"
"Ağıllı" enerji şəbəkələri
 
ICT-2013.6.3   "ICT for water resources management"
Su ehtiyatlarının idarə edilməsində İKT-dən istifadə
 
ICT-2013.8.2 "Technology enhanced learning"
Tədrisin texnologoyalar vasitəsilə gücləndirilməsi
 
9.9 FET  "Flagships"
Böyük həcmli, bir neçə elmi istiqamətin kəsişməsində cəmləşən tədqiqatlar
 
"Horizontal Actions  11.2  More efficient and affordable solutions for digital preservation developed and validated against public sector needs through joint Pre-Commercial procurement" (PCP)
Rəqəmli qorunma üçün ictimai sektorun ehtiyaclarını üstələyən  daha effektiv həllərin tədqiqi.
 



"FET Open" müsabiqəsinin mövzuları

12.09.12- 12.03.13

Mövzu Qeyd
9.1 "Challenging current Thinking"
Müasir düşüncələri stimullaşdıran texnologiyalar
 
9.2 "High-Tech Research Intensive SMEs in FET research"
Gələcəyin yeni texnologiyalarının tədqiqi sahəsində fəaliyyət göstərən KOM-lar (Kiçik və orta müəssisələr)
 
9.3 "FET Young Explorers"
Gələcəyin yeni texnologiyalarının gənc tədqiqatçıları
 
9.4 "International cooperation on FET research"
Gələcəyin yeni texnologiyalarının tədqiqində beynəlxalq əməkdaşlıq
 
9.5 "FET-Open Xtrack"
Riskli və qeyri-adi olması səbəbindən İKT proqramının digər sahələrində həyata keçirilməsi mümkün olmayan ideyaların araşdırılması
 

Mövzular barədə daha ətraflı məlumat almaq üçün 2013-cü ilin İKT  İş Proqramına baxın.



Həmçinin yaranan suallarla bağlı Azərbaycanda İKT istiqaməti üzrə Milli Dayaq Nöqtəsi seçilən Regional İnnovasiya Texnologiyaları Akademiyası (R.İ.T.A.) ilə əlaqə (əlaqə nömrəsi: (+994 12) 539-13-68) saxlamaq olar.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL