“Alcatel-Lucent” şirkətinin xalis gəliri 43 milyon avroya çatıb
Telekommunikasiya avadanlığının ən böyük fransız istehsalçısı “Alcatel-Lucent” şirkəti rüblük nəticələrini açıqlayıb. Şirkətin gəliri Şimali və Latın Amerikası, həmçinin Asiya bazarlarında tələbatın artımı sayəsində analitiklərin gözləmələrini üstələyib.
“Alcatel-Lucent” şirkətinin 2011-ci ilin ikinci rübündə xalis gəliri 43 milyon avroya çatıb, bu da ötən ilin həminki dövrü ilə müqayisədə nəticələrin əhəmiyyətli yaxşılaşmasını göstərir. Analitiklər Fransa-Amerika şirkətinin gəlirinin 13 milyon avro olacağını proqnozlaşdırırdılar. Bundan başqa, “Alcatel-Lucent” şirkətinin satış həcmi 2,4% artaraq 3,9 milyard avro təşkil edib. “Alcatel-Lucent” şirkətinin icraçı direktoru Ben Vervayen öz üzərinə götürdüyü öhdəliyi müvəffəqiyyətlə yerinə yetirir.
www.dailycomm.ru
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL