waplog

Azərbaycanda “Test generatoru” sistemindən istifadə edilir


Məlum olduğu kimi, hazırda Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən test imtahanları kompüterlər vasitəsilə keçirilir.

Komissiyadan "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, test imtahanlarının keçirilməsində "Test generatoru" sistemindən istifadə edilir ki, onun vasitəsilə test imtahanında istifadə edilən test tapşırıqları imtahan başlananda təsadüfi ədədlər generatorunun köməyi ilə test bankından seçilir və imtahan zalının serverinə yazılır, test tapşırıqlarının və onların cavablarının yerləri təsadüfi ədədlər generatorunun köməyi ilə dəyişdirilir.

Həmçinin, eyni vakant vəzifəyə iddia edən namizədlər üçün test imtahanı tapşırıqları məzmunca eyni, formaca müxtəlif olur, müxtəlif vakant vəzifələr üzrə imtahanda istifadə olunan test tapşırıqları isə məzmunca fərqlənir. Beləliklə, test generatorunun tətbiqi test imtahanlarında obyektivliyin təmin olunmasına xidmət edir və test tapşırıqlarının seçilməsi zamanı vakant vəzifələr üzrə rəqabət səviyyəsinin nəzərə alınmasına imkan verir.

Eyni zamanda, bütün test imtahanlarının videokamera vasitəsilə çəkilişi aparılır və prosesdə müşahidəçilərin iştirakı təmin edilir. İmtahanın nəticəsi imtahan bitdikdən dərhal sonra elan edilir və komissiyanın internet saytında yerləşdirilir.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq 2010-cu ildən komissiya tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün test imtahanlarının kompüterlər vasitəsilə keçirilməsinə başlanılıb.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL