“Azərkosmos” beynəlxalq keyfiyyət standartının uyğunluq sertifikatını alıb
Azərbaycanın və Qafqazın ilk milli peyk operatoru olan "Azərkosmos" ASC 2013-cü ilin yanvar ayında aparılmış ISO 9001:2008 üzrə auditdən uğurla keçərək beynəlxalq sertifikasiya üzrə aparıcı qurum sayılan "Bureau Veritas" tərəfindən verilən beynəlxalq keyfiyyət standartının uyğunluq sertifikatını alıb.
"Azərkosmos" ASC tərəfindən idarəetmə sahəsində aparılan beynəlxalq əməkdaşlıq çərçivəsində 2012-ci il ərzində sözügedən sertifikatın əldə edilməsi istiqamətində hazırlıq işləri aparılmış, bununla əlaqədar müəssisədə Keyfiyyət İdarəetmə Sistemi yaradılmış və təşkilatın fəaliyyəti bu istiqamətdə qurulub.
Azərbaycanın ilk peyki olan "Azerspace-1" telekommunikasiya peykini 7 fevral 2013-cü il tarixində orbitə buraxdıqdan sonra Avropa, Afrika, Mərkəzi Asiya və Yaxın Şərq kimi regionlar üzrə 50-dən çox ölkəni birləşdirən coğrafiyada milyonlarca insana müasir informasiya və rabitə xidmətləri göstərərək dünya peyk sənayesinin tərkib hissəsinə çevriləcək "Azərkosmos" ASC müştərilərinə hər zaman yüksək keyfiyyətli xidmətlər göstərməyi və bu xidmətlərin keyfiyyət səviyyəsinin daim inkişaf etdirilməsini hədəfləyir.
Bu məqsədlə, "Azərkosmos" ASC öz fəaliyyətini beynəlxalq standartlar əsasında quraraq keyfiyyət idarəetmə siyasətinin formalaşdırılması və müntəzəm izləmələrin aparılması ilə bu siyasəti həyata keçirən sistemin mütəmadi olaraq təkmilləşməsi istiqamətində iş aparır. Belə ki, keyfiyyət idarəetmə siyasətindən irəli gələn məqsədlərin icrası ilə "Azərkosmos" ASC müştəri məmnunluğuna nail olunması, müştərilərin dayanıqlı peyk xidmətləri ilə təmin olunması, kadr hazırlığının və kadrların ixtisas artımının davamlı şəkildə həyata keçirilməsi, müxtəlif həvəsləndirmə tədbirləri ilə işçilərin maddi rifahının və iş keyfiyyətinin artırılması, innovativ və elm tutumlu layihələrin həyata keçirilməsinin inkişaf etdirilməsi kimi hədəfləri qarşısına qoyub.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL