waplog

Hamı ünvanlı sosial yardım üçün elektron qaydada müraciət edə bilər


Ötən il ünvanlı sosial yardım üçün poçt və elektron qaydada alternativ müraciət mexanizmlərinin bütün ölkədə tətbiqi, habelə ünvanlı sosial yardımların ödənişinin elektron imza sertifikatları vasitəsilə mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi, nazirliyin rəsmi internet resursu üzərindən 12 növ üzrə elektron xidmətin tətbiqi təmin olunub.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Nazirlikdən bildirilib ki, birdəfəlik ünvanlı yardım – "Özünədəstək proqramı"nın icrasına əsasən, indiyədək 12 rayonda 271 ailə bu proqrama cəlb edilib: "Proqramın cari ildə bütün ölkədə tətbiqi nəzərdə tutulur.

Bununla yanaşı, aztəminatlı ailələrin tam aktiv dövlət dəstəyi ilə təmin edilməsi üçün nazirlik yanında "Sosial Dəstək Fondu"nun yaradılması ilə bağlı təklif hazırlanıb və 2013-cü ildən fondun fəaliyyətə başlaması üçün müvafiq işlər aparılacaq".

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL