waplog

“Sony” şirkətinin zərəri 197 milyon olub


Yaponiyada istehlak elektronikasının ən böyük istehsalçılarından biri “Sony” şirkətinin zərəri 2011-2012 maliyyə ilinin birinci rübündə 15,5 milyard yena (197 milyon dollar) təşkil edib. Halbuki 1 il əvvəl analoji dövr üçün şirkət 25,74 milyard yena ölçüsündə gəlir əldə etmişdi.
Faktiki zərər müstəqil analitiklərin proqnozundan bir neçə dəfə yuxarı olub. 2011-2012 maliyyə ilinin I rübü üçün satış həcmi 10% azalaraq, 1,49 trilyon yena təşkil edib. Hesabat rübü ərzində əməliyyat gəliri 27,5 milyard yena (349,5 milyon dollar) təşkil edib ki, bu da 2010-2011 maliyyə ilinin analoji göstəricisindən 59% aşağıdır.
“Sony” şirkətində bu göstəriciləri Yaponiyada baş verən zəlzələ ilə əlaqələndirirlər. Məhz buna görə şirkət ABŞ və Avropada maye kristal televizorlara tələbatın azalması və bütövlükdə onların buraxılış qiymətinin aşağı düşməsi ilə əlaqədar bir neçə zavodu dayandırmalı olub.


biz.cnews.ru

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL