Notariat kontorlarında veb-kameralar quraşdırılır
Ədliyyə orqanlarında korrupsiyaya qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edən yeni şəffaf xidmətlərin, müasir informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi sahəsində xeyli işlər görülüb, vətəndaşlara keyfiyyətli və rahat xidmət göstərilməsi, inzibati işçilərlə təmasın minimuma endirilməsi məqsədilə notariat kontorlarında elektron köşklər, habelə nəzarətin gücləndirilməsi üçün veb-kameralar quraşdırılır.
"ICTnews" elektron xəbər xidmətinə bu barədə Ədliyyə Nazirliyindən (ƏN) məlumat verilib. Nazirlikdən bildirilib ki, qurumun internet saytında elektron xidmətlər bölməsi də interaktiv rejimdə fəaliyyət göstərib və 2012-ci ildə nazirliyin "Adın mənası" e-xidməti əhali tərəfindən respublikamızda ən çox istifadə olunanlardan biri olub.
İstehlakçıların hüquqlarının qorunmasına xidmət edən və artıq iş adamları üçün əməli əhəmiyyət daşıyan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin (yoxlama.gov.az) fəaliyyəti təkmilləşdirilib, istifadəçilərin rahatlığı üçün reyestrdəki informasiyanın əldə edilməsi məqsədilə "1650" qısa nömrə üzərindən telefon məlumat və mobil rabitə vasitəsilə qısa mesaj xidmətləri təşkil edilib.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL