Ədliyyə orqanlarına “İKT ili” ilə bağlı tapşırıqlar verilib
Azərbaycan ədliyyəsinin davamlı inkişafını təmin etmək məqsədilə 2013-cü ildə ədliyyə orqanlarının qarşısında duran vəzifələr müəyyən edilib.
Dövlət başçısı tərəfindən 2013-cü ilin “İKT ili” elan olunması nəzərə alınaraq, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi dairəsinin genişləndirilməsi, əhaliyə göstərilən e-xidmətlərin səmərəliliyinin artırılması, elektron sənəd dövriyyəsi sisteminə keçidin sürətləndirilməsi, ədliyyə fəaliyyətində şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan hallara qarşı qəti mübarizənin aparılması, etik davranış qaydalarına dönmədən riayət olunması, hüquqi maarifləndirmə işinin canlandırılması ilə bağlı aidiyyəti qurumlara zəruri tapşırıqlar verilib.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə Ədliyyə Nazirliyindən (ƏN) məlumat verilib. Nazirlikdən bildirilib ki, 2012-ci ildə Dünya Bankı ilə birgə həyata keçirilən “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi, habelə Gəncə şəhəri Nizami və Gədəbəy rayon məhkəmələri üçün yüksək informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş yeni müasir inzibati binalar istifadəyə verilib, Şəkidə 4 məhkəmənin (regional apelyasiya, ağır cinayətlər, inzibati-iqtisadi və rayon məhkəməsinin) yerləşəcəyi ilk məhkəmə kompleksinin inşasına başlanılıb.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL