“Qış universiteti”ndə “Azərbaycanda İKT ili” mövzusu müzakirə olunub
"İRƏLİ" İctimai Birliyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı, Maliyyə, Gənclər və İdman nazirlikləri, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində "Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gənclik" layihəsi keçirilir.
"Qış universiteti"nin növbəti qonağı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablaşma mərkəzinin direktoru Nail Mərdanov olub.
"ICTnews" elektron xəbər xidmətinə bu barədə "İRƏLİ" İctimai Birliyindən (İB) məlumat verilib. İB-dən qeyd edilib ki, "Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları ili" mövzusunda baş tutan paneldə qonaq informasiya-kommunikasiya texnologiyalarının həyatımızdakı rolundan və istifadə qaydalarından söhbət açıb. Nail Mərdanov elektron imzalar, onların yaranması və istifadəsi ilə bağlı gəncləri məlumatlandırıb.
Eyni zamanda yeni yaranmış "ASAN Xidmət" mərkəzi, onun fəaliyyəti və müsbət tərəfləri haqda iştirakçılara məlumat verib. Həmçinin mövzu ilə bağlı təqdimat nümayiş olunub. Daha sonra görüş diskussiya şəklində davam edib və qonaq gənclərin suallarını cavablandırıb.
Birlikdən qeyd edilib ki, 8 fevral tarixinə qədər davam edəcək layihə müddətində 5 komanda ("Etimad", "Uğur", "Birlik", "İnkişaf" və "Tərəqqi") qalibiyyət uğrunda yarışacaq.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL