2017-ci ilədək mobil trafikin həcmi 13 dəfə artacaq
Yaxın 4 ildə mobil qurğuların yaratdığı internet trafikin həcmi 13 dəfə artaraq 11,2 ekzabayt aylıq və 134 ekzabayt illik göstəriciyə nail olacaq. Bu barədə “Cisco”-nun vizual şəbəkə texnologiyalarının inkişafı üzrə proqnozunda qeyd edilib.
Mütəxəssislərin qiymətləndirməsinə əsasən, 2017-ci ilədək mobil trafikin 66 faizi video məzmunun, 12 faizi planşetlərin payına düşəcək. “Cisco”-nun proqnozuna əsasən, 2017-ci ildə 5,2 milyarddan çox mobil qurğu istifadəçisi olacaq.
Müqayisə üçün qeyd edək ki, 2012-ci ildə onların sayı 4,3 milyarda bərabər idi. 2017-ci ilədək internetə çıxışın orta sürətinin 3.9 Mbit/s-yə çatacağı proqnozlaşdırılır. Qeyd edək ki, ötən il bu göstərici 0.5 Mbit/s təşkil etmişdi. İnternetə qoşulmaların 41 faizi (4,2 milyard) “IPv6” protokolu üzrə həyata keçiriləcək.
Qeyd edək ki, 2012-ci ildə onların payı 14 faiz (təxminən 1 milyard) təşkil edirdi.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL