waplog

Quqlfonların 13.6 faizinə “Android Jelly Bean” platforması quraşdırılıb


"Android" tərtibatçıları üçün bölmədə elan edilmiş informasiyaya əsasən, platformanın son versiyası "Jelly Bean" quqlfonların 13.6 faizində quraşdırılıb. İ

stifadəçilərin 29 faizində "Ice Cream Sandwich" platforması quraşdırılıb. "Android" platformasının "Gingerbread" versiyasının payı 45.6 faiz təşkil edir. Köhnəlmiş "Honeycomb"ın payı isə 1.3 faizə bərabərdir.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, şayiələrə görə, "Android"in "Key Lime Pie" adlanacaq yeni versiyası 15-17 mayda San-Fransisko şəhərində yerləşən "Moscone Center West" binasında keçiriləcək "Google I/O 2013" konfransında təqdim ediləcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL