“Asus” 7 düymlü planşet istehsal etməyə hazırlaşır
Tayvanın "Asustek Computer" şirkəti Barselonada keçiriləcək "Mobile World Congress 2013" mobil texnologiyalar sərgisində "Google Android" əməliyyat sistemi ilə işləyəcək yeni 7 düymlü planşetini təqdim etmək niyyətindədir. Planşetin özəlliyi ondan ibarətdir ki, o, səs rabitə funksiyaları ilə təchiz ediləcək.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, planşet, "Intel Atom Z242" prosessoru ilə təchiz ediləcək.
Qeyri-rəsmi informasiyaya görə, planşetin ekranının təsvir ölçüsü 1280x800 piksel təşkil edəcək. Daxili yaddaşın həcmi 16 qiqabayt, əməli yaddaş isə 1 QB olacaq. Planşet, həmçinin "3G", "Wi-Fi", "Bluetooth" və "GPS" modullarını dəstəkləyəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL