waplog

Bişar Əbdürəhman Hüsseyn: «Azərbaycan beynəlxalq poçt sektorunun inkişafına ciddi töhfə verən önəmli tərəfdaşdır»


Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfıri Əkrəm Zeynallı BMT-nin ixtisaslaşmış qurumu olan Ümumdünya Poçt İttifaqının (ÜPİ) yeni baş direktoru Bişar Əbdürəhman Hüsseyn ilə görüşüb. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Ə.Zeynallı Azərbaycanla ÜPİ arasında əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edib və bu əlaqələrin yeni baş direktorun fəaliyyəti müddətində daha da inkişaf edəcəyinə əmin olduğunu söyləyib. Azərbaycanda bütün sahələrdə olduğu kimi, poçt xidmətləri sektorunda da ciddi irəliləyişlərə nail olunduğunu diqqətə çatdıran səfir Ə.Zeynallı bu sektorda görülmüş işlərə dair həmsöhbətinə ətraflı məlumat verib və ölkəmizin ÜPİ-nin fəal üzvü olaraq, bundan sonra da beynəlxalq poçt sektorunun inkişafına töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.

ÜPİ-nin baş direktoru Azərbaycanda poçt sektorunun inkişafı ilə bağlı əldə edilən nailiyyətlərdən xəbərdar olduğunu bildirib və ölkəmizdə bu sahəyə göstərilən dövlət qayğısını yüksək qiymətləndirib.

Üzv ölkə olaraq Azərbaycanın ÜPİ çərçivəsində intensiv fəaliyyətinə diqqəti cəlb edən baş direktor ölkəmizi beynəlxalq poçt sektorunun inkişafına ciddi töhfə verən önəmli tərəfdaş olaraq xarakterizə edib və səlahiyyət müddəti dövründə ölkəmizlə daha da sıx əməkdaşlıq etmək niyyətində olduğunu vurğulayıb.

Daha sonra səfir Ə.Zeynallı ÜPİ-nin baş direktorunu Azərbaycana rəsmi səfərə dəvət edib və sözügedən dəvət məmnuniyyətlə qəbul edilib. Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafinda da fikir mübadiləsi aparılmışdır.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL