waplog

Azərbaycandan 5 şagird ABŞ-da keçirilən “Beynəlxalq Elm və Mühəndislik Sərgisi - İntel İSEF”-ə göndəriləcək


Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və "Mədəd" təşkilatı ilə birlikdə 8-9 fevral 2013-cü il tarixlərində "Kempinski" mehmanxanasının "Qəbələ" zalında "Sabahın alimləri" II Respublika müsabiqəsinin keçirilməsini planlaşdırır.

Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib. Nazirlikdən qeyd edilib ki, ölkəmizdə artıq 2-ci dəfə təşkil olunan bu müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və onlardan 5 nəfəri seçib ABŞ-da keçirilən şagirdlərin "Beynəlxalq Elm və Mühəndislik Sərgisi - İntel İSEF"-ə göndərməkdir. Belə ki, ötən il keçirilən müsabiqənin qalibləri sırasından seçilmiş 5 Azərbaycan məktəblisi 2012-ci il 13-18 may tarixində ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində keçirilən "Intel ISEF" sərgisində iştirak edib. Qeyd edək ki, "Intel ISEF" müsabiqəsi "Intel" korporasiyasının təhsil sahəsində həyata keçirdiyi çoxsaylı layihələrdən biridir. Müsabiqə 1950-ci ildən başlayaraq Elm və Xalq naminə Cəmiyyət (Society for Science and the Public) qeyri-kommersiya təşkilatının himayəsi altında keçirilir. 1997-ci ildən etibarən "Intel" korporasiyası "ISEF"-in baş sponsoru kimi bu müsabiqəni özünün "Intel - Təhsildə novatorluq" korporativ proqramı çərçivəsində, habelə "Intel Foundation" Xeyriyyə Fondunun dəstəyi ilə təşkil edir.

"Intel ISEF" və digər təhsil proqramlarının köməyi ilə "Intel" korporasiyası bütün dünyada uşaqların savadının yüksəldilməsinə və onların müxtəlif elmlərə, o cümlədən riyaziyyata və mühəndisliyə maraqlarının artırılmasına kömək etməyə çalışır.

Qeyd edilən müsabiqənin keçirilməsində də əsas məqsəd şagirdlərin elm və texnika sahəsində yaradıcılıq potensialının yüksəlməsini təmin etməyə, eyni zamanda "məktəb - ali təhsil müəssisəsi - doktorantura" triadası çərçivəsində fasiləsiz professional hazırlıq sisteminin təkmilləşdirilməsidir. Məhz bu səbəbdən də müxtəlif ölkələrdə müsabiqələrin keçirilməsinə və məktəblərdə şagirdlər tərəfindən tədqiqatların aparılmasına ali təhsil müəssisələrinin elmi-pedaqoji potensialı cəlb olunur ki, bu da elmin bir peşə kimi populyarlaşmasına xidmət edir.

Növbəti "Intel - Beynəlxalq Elm və Mühəndislik Sərgisi"nin 2013-cü il may ayının 12-17 may ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçirilməsi planlaşdırılır. Müsabiqənin Elmi Ekspertiza Şurasına 70 layihə təqdim edilib. Bu layihələr əsasən riyaziyyat, fizika, astronomiya, kimya, biologiya, tibb, sağlamlıq və psixologiya, ekologiya, ətraf mühitin idarə olunması, mühəndislik və kompüter elmləri üzrə fənləri əhatə edir. Müsabiqə ilə əlaqədar "www.sabahinalimleri.edu.az" saytı da yaradılıb.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL