waplog

İlin sonunadək planetin hər beşinci sakini “ağıllı” telefondan istifadə edəcək


"ABI Research" şirkəti cari il üçün "ağıllı" telefon və planşet kompüterlərin nüfuzetmə səviyyəsi üzrə proqnozunu açıqlayıb.

"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, hesablamalara görə, 2013-cü ilin sonunadək müxtəlif proqram-aparat platformalarında işləyən təxminən 1,4 milyard "ağıllı" telefon istifadə ediləcək. Belə ki, planetin hər beşinci sakini "ağıllı" telefondan istifadə edəcək.

"Android" platforması ilə işləyən aparatların sayı təxminən 800 milyon təşkil edəcək. "Apple" şirkətinin istehsalı olan "ağıllı" telefonların sayı 294 milyona bərabər olacaq. "Windows Phone" ilə işləyən "ağıllı" telefonların payı təxminən 45 milyon, "BlackBerry 10" aparatlarının payı isə təxminən 20 milyon təşkil edəcək. "ABI Research", həmçinin hesab edir ki, ilin sonunadək dünyada 268 milyon planşet istifadə olunacaq.

Bu göstərici 2012-ci illə müqayisədə 125 faiz çoxdur. Hesablamalara görə, ötən il dünyada təxminən 700 milyon "ağıllı" telefon və 115 milyon planşet satılıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL