waplog

ƏMDK-nın sədr müavini: “Daşınmaz əmlak idarəçiliyi və qeydiyyatı sahəsində elektron xidmətlər genişləndirilir”


Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) Şəki rayonunda müasir tələblərə uyğun inşa edilərək informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş yeni Ərazi Qeydiyyat İdarəsinin inzibati binasının açılışı olub.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən ƏMDK-dan bildirilib ki, açılışda komitə sədrinin müavini Rafiq Cəlilov daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı sahəsində vətəndaşlara göstərilən xidmət keyfiyyətinin daha da yüksəldilməsi və müasir standartlar səviyyəsində qurulması, hüquqların qeydiyyatı ilə bağlı daxil olan hər bir müraciətə operativ yanaşılmasına, məsələlərin operativ araşdırılaraq obyektiv həllinə xüsusi önəm verildiyini söyləyib:

“Eyni zamanda müvafiq qurumların müasir xidmət binalarının tikintisi və texnologiyalarla təchizatına diqqət yetirilir. Prezidentin dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili ilə bağlı qəbul etdiyi qərarların icrası istiqamətində komitə tərəfindən müvafiq işlər həyata keçirilir. Artıq 2012-ci ilin may ayından vətəndaşlarımız, əmlak sahibləri daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı və yüklülük arayışlarının alınması üçün elektron qaydada müraciət etmək imkanlarına malikdirlər.

Qeyd edim ki, ötən müddət ərzində Bakı şəhəri və respublikanın müxtəlif regionlarından 2000-ə yaxın elektron müraciət daxil olub və icra edilib. Komitənin fəaliyyət istiqamətləri üzrə, xüsusi ilə əmlak qeydiyyatı sahəsində tətbiq edilən elektron xidmətlər son bir neçə ildə daşınmaz əmlak idarəçiliyi və qeydiyyat sisteminin inkişafı ilə bağlı görülmüş tədbirlərin məntiqi davamıdır”.

R.Cəlilov qeyd edib ki, hazırda komitə tərəfindən daşınmaz əmlak idarəçiliyi və qeydiyyatı sahəsində əhaliyə, fiziki və hüquqi şəxslərə beynəlxalq standartlara uyğun elektron xidmətlərin daha da genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Bu məqsədlə, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı sahəsində göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi üçün zəruri olan çevik və etibarlı informasiya sistemi formalaşdırılır. Ərazi qeydiyyat idarələrinin yeni binalarla təmin edilməsi, informasiya-kommunikasiya texnologiyalarının və müasir geodezik cihazların tətbiqi geniş yer alıb:

“Ərazi qeydiyyat idarələrində “elektron növbəlilik” sistemi tətbiq edilir. Həyata keçirilən tədbirlər nəticəsində, vətəndaşlar əmlaklarını daha qısa müddətdə dövlət reyestrində qeydiyyata aldıra bilərlər. Həmçinin Ərazi İdarəsində yaradılan şərait burada çalışan əməkdaşların işinə də müsbət təsirini göstərir. İdarədə sənəd qəbulu və hazır sənədlərin vətəndaşlara təhvil verilməsi prosesi bu məqsədlə yaradılmış və müasir informasiya-kommunikasiya sistemləri ilə təchiz olunmuş müvafiq şöbələrdə həyata keçiriləcəkdir. Bu isə hüquq sahiblərinin vaxt itkisinin qarşısını alacaq. Həmçinin bu binada da qeydiyyat prosesinin daha çevik və operativ həyata keçirilməsi məqsədilə avtomatlaşdırılmış sənəd dövriyyəsi sistemi qurulub. Ərazi İdarəsinin Arxivi əsaslı şəkildə yenidən qurulub və onun müasir informasiya texnologiyaları sistemləri əsasında işlənməsi və mövcud olan məlumatlardan operativ xidməti istifadə imkanları genişlənib. Bunlarla yanaşı, göstərilən xidmət keyfiyyətinin daha da artırılması məqsədi ilə Ərazi İdarəsinin maddi-texniki bazası daha da gücləndirilib, müasir informasiya-kommunikasiya avadanlıqları, çöl-ölçmə işlərinin aparılması məqsədi ilə müvafiq cihazlarla təmin edilib”.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL