Avropa Birliyinin nümayəndəsi: “Azərbaycanın ilk peykinin orbitə çıxırılması böyük nailiyyətdir”
Avropa ilə Azərbaycan arasında əməkdaşlıq mövzusunda çıxış edən Avropa Birliyinin Azərbaycandakı nümayәndәliyinin rəhbəri Roland Kobia Azərbaycanın ilk peykinin orbitə çıxırılmasını böyük bir nailiyyət adlandırılıb.
Buna görə Azərbaycanı təbrik edib. Eyni zamanda Roland Kobia Azərbaycan elektron idarə etmə sahəsində böyük uğurlar əldə edildiyini bildirib. Avropa İttifaqı ilə Azərbaycan arasında bir milyon dəyərində olan iki illik "Twining" layihəsi var ki, burada nazirliklərin təkmilləşdirilməsi məsələsi, maliyyə dayanıqlığı, audit proqramların təkmilləşdirilməsi ilə bağlı məsələlər həyata keçiriləcəkdir.
Eyni zamanda həmin layihə ümumi tədbirlər planına əsaslanıb. Layihəyə texniki ekspertlər cəlb olunacaq. Əsas da Estoniyanın təcrübəsi götürüləcək. Niderland da bura cəlb edilib ki, korrupsiya sahəsində birinci ölkələr sırasında olduğundan onun təcrübəsinin keyfiyyətli olacağı danılmazdır", – deyə Roland Kobia qeyd edib.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL