Coğrafi informasiyanın idarə olunması sahəsində beynəlxalq əməkdaşlıq genişlənir
Ölkəmizdə coğrafi informasiyanın idarə olunması sahəsinə məsul dövlət orqanı kimi müəyyənləşdirilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) öz fəaliyyət sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığı genişlənməkdədir.
"İCTnews" elektron xəbər xidmətinə komitədən bildirilib ki, 1 noyabr 2012-ci il tarixdə Tailand Krallığında keçirilmiş BMT-nin Asiya və Sakit Okean üzrə Regional Kartoqrafik Konfransında komitənin sədri Qərib Məmmədov Asiya və Sakit Okean üçün Geoməkan İnformasiyasının İdarə olunması üzrə BMT-nin Regional Komitəsinin İcraçı Şurasının 11 üzvündən biri seçilib:
"BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarə olunması üzrə Təşəbbüsünə uyğun olaraq, Qətərin Doha şəhərində fevralın ilk günlərində müvafiq dövlət orqanlarının rəhbərlərinin iştirakı ilə İkinci Yüksək Səviyyəli Forum keçirilib. Həmin forumda Azərbaycanı DTXK sədri Qərib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Bir çox ölkələrin müvafiq sahələrə məsul dövlət qurumlarının rəhbərləri ilə aparılan fikir mübadiləsində ölkəmizdə bütün sahələr üzrə, o cümlədən coğrafi informasiyaların idarə olunması sahəsində görülmüş işlər məmnunluqla qarşılanıb".
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL