Rəqəmli ev sərgisi keçiriləcək
24-27 aprel tarixlərində Litva Respublikasında “İntelligent Home-2013” adlı sərgi-konfrans keçiriləcək. “Rəqəmli ev sərgisi, məişət elektronikası, texniki avadanlıq və müasir məişət informasiya texnologiyaları” mövzusunda keçiriləcək tədbirdə azərbaycanlı iş adamları da iştirak edə bilər.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib. AZPROMO-dan bildirilib ki, sərgi-konfransda nümayiş olunacaq xidmətlərə məişət elektrik avadanlıqları, məişət nəzarət sistemləri, məişət informasiya texnologiyaları, məişət təhlükəsizlik sistemləri daxildir.
Həmçinin tədbirdə elektrik qurğu sistemləri, fərdi kompüterlər, tədris, informasiya, əyləncə kompüter proqramları da nümayiş etdiriləcək.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL