Mobil qurğu və planşetlər üçün mobil autentifikasiya sertifikatlarının verilməsinə başlanılıb
Məlum olduğu kimi, Mobil Sertifikat Mərkəzi fevral ayının 1-dən fəaliyyətdədir. Artıq mobil qurğularda və planşetlərdə istifadə olunması üçün mobil autentifikasiya sertifikatlarının verilməsinə başlanılıb.
Belə ki, ilk sertifikatların alınması üçün müraciətlər qəbul olunub. Pilot layihə çərçivəsində sertifikatların əldə edilməsi üçün vətəndaşlar mərkəzi qeydiyyat məntəqəsinə müraciət edə bilərlər. Hazırda digər qeydiyyat məntəqələrində də texniki-təşkilati işlər aparılır və onlar tamamlandıqdan sonra vətəndaşlar istənilən məntəqənin xidmətindən istifadə edə biləcəklər.
"Elektron Hökumət" Mərkəzindən verilən məlumata görə, mobil İD-nin alınması üçün e-müraciət formasının da hazırlanıb istifadəyə verilməsi üzrə işlər aparılır. Bunun sayəsində "e-imza" sertifikatlarına malik olan vətəndaşlarımız qeydiyyat məntəqələrinə gəlmədən mobil autentifikasiya sertifikatı ala biləcəklər.
Mobil qurğuların texniki imkanları nəzərə alınaraq hal-hazırda təqdim olunan autentifikasiya sertifikatlarını aşağıdakı platformalardakı mobil qurğulara yükləmək mümkündür:
• "Apple IOS 5.0" və yuxarı versiyalar (iPhone 3GS, 4, 4S, 5 / iPad 1, 2, 3, 4, mini / iPod Touch 3, 4, 5);
• "Android 4.0" və yuxarı versiyalar (HTC, Samsung, LG, Acer, Sony);
• "Symbian S60 OS" və yuxarı versiyalar;
• "Windows Phone 7.0" və 7.5 platformaları (Windows Phone 8.0 sınaqdan tam olaraq keçməmişdir);
• "BlackBerry 6.0 OS" və yuxarı versiyalar (mobil cihazların rəqəmli sertifikatları üçün "SSL klient" identifikasiyanın konfiqurasiyası "BlackBerry Desktop Manager" proqramı vasitəsilə yüklənilir);
Mobil İD yüklənmiş mobil qurğular vasitəsilə istifadəçilər "Elektron hökumət" portalına ( www.e-gov.az), eləcə də digər xidmət saytlarına daxil ola bilərlər.
Qeyd edək ki, elektron imza haqqında qanunvericiliyə əsasən, Mobil Autentifikasiya Sertifikat Mərkəzi Ali Sertifikat Mərkəzindən sertifikat alıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL