waplog

Unikal “ağıllı” telefon


Yeni "BeoSmart" "ağıllı" telefonu analoqlarından unikallığı ilə seçilir. Bu "ağıllı" telefonun korpusu "Leica" fotokamerasının "M" seriyasını xatırladır. Mərkəz hissədə "B&O" güclü dinamikə malikdir.

"ICTnews.az" elektron xəbər xidməti "econet.ru" saytına istinadən bildirir ki, cihaza "Android" mobil əməliyyat sistemi quraşdırılıb. Kamerası 12 meqapiksel təsvir ölçüsünə malik "CMOS" datçiklə təchiz edilmiş, həmçinin "Full HD" formatında video çəkə bilir. Telefon, həmçinin 3,55 düym diaqonala malik və piksellərin sıxlığı 385 ppi təşkil edən "OLED" texnologiyası əsasında hazırlanmış ekrana malikdir. Ekranın təsvir ölçüsü 1280х720 təşkil edir. "Ağıllı" telefon, həmçinin əla səs keyfiyyəti ilə fərqlənir.

3,5 millimetrlik audio konnektor 24 karatlıq qızılla bəzədilib. İstehsalçının sözlərinə görə, qurğunun ölçüsü 116x61x13 mm təşkil edir. Super aparatın qiyməti haqda hələ ki məlumat yoxdur.












































Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL