waplog

“Tokelau” dünyanın ilk "günəş" dövlətidir (FOTO)


Bir çox ölkələrin hökumətləri öz enerji sektorunda günəş enerjisinin payını maksimal dərəcədə artırmaq üzərində məqsədyönlü şəkildə iş aparırlar.

Maraqlıdır ki, bərpa olunan enerji mənbələrinə tam şəkildə keçmiş beynəlxalq hüququn birinci subyekti Qərb dünyasının iqtisadi cəhətdən inkişaf etmiş dövlətləri deyil, Sakit okeanda yerləşən kiçik Tokelau mərcan adası olacaq.

"ICTnews.az" elektron xəbər xidməti "econet.ru" saytına istinadən bildirir ki, "Reddit Island" layihəsinin iştirakçıları və milyarder Larri Ellison "yaşıl" enerji istifadə edən öz muxtar cəmiyyətlərini yaratmağı arzulayırlar. Kiçik Tokelau adasında bu cəsarətli arzu artıq həyata keçirilib.

"Tokelau" üç kiçik mərcan adasından ibarət qrupdur və Yeni Zelandiyanın idarəsi altında olan muxtar ərazidir. O, Sakit okeanın ortasında, digər Polineziya adalarından uzaq məsafədə yerləşir.

Buna görə də Yeni Zelandiya elektrik generatorlarının işləməsi üçün adaya dizel yanacağının çatdırılmasından ötrü böyük miqdarda pul xərcləməli olur. Bundan sonra isə vəziyyət dəyişəcək.

Belə ki, ABŞ son illərdə Tokelau adalarının ehtiyaclarını tamamilə təmin edən günəş enerjisinin istehsalı üzrə infrastrukturun yaradılmasına 7 milyon dollar həcmində vəsait ayırıb. 













































































Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL