waplog

Bu gün “Samsung”un banisi anadan olub


1910-cu il fevralın 12-də Cənubi Koreyada iri mülkədar ailəsində "Samsung" şirkətinin banisi Li Ben Çxol dünyaya göz açıb. O, Tokio Universitetində təhsil alırdı, lakin oranı bitirmək ona qismət olmadı.

Atasının ölümündən sonra Li Ben Çxol şəxsi biznesini (düyü unu və əriştə istehsalı) qurmağa qərar verir. Artıq iki ildən sonra o, Çinə mal ixrac edirdi. Beləliklə, 1938-ci ildə "Samsung" şirkətinin əsası qoyulur. Koreya dilindən tərcümədə şirkətin adı "üç ulduz" deməkdir.

Şirkətin birinci loqosunda məhz üç ulduz əks olunmuşdu. Firma sürətlə inkişaf edirdi və Li Ben Çxol daha bir neçə şirkətin əsasını qoyur. O, 1961-ci ildə bütün aktivlərini "Samsung Corporation" adı altında birləşdirir.

Yeri gəlmişkən qeyd edək ki, şirkətin ən məşhur bölməsi olan "Samsung Electronics" bütün aktivlərin vahid ticarət markası altında birləşdirilməsindən 7 il sonra yaradılıb. Li Ben Çxol 1987-ci ildə xərçəngdən dünyasını dəyişib. 2010-cu ildə şirkətin dövriyyəsi Cənubi Koreyanın ÜDM-in təxminən 1/5-ni təşkil edir.

"Samsung Electronics" bölməsi isə "dünyanın 200 ən iri şirkəti" reytinqində 26-cı yerdə qərarlaşıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL