waplog

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi şüar müsabiqəsi elan edib


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN xidmət" mərkəzinin şüar müsabiqəsini elan edir.

Dövlət orqanlarında hüquqi xidmətlərin göstərilməsində vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, dövlət qulluqçusu - vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - "dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir" yanaşmasının formalaşdırılması istiqamətində fəaliyyət göstərən "ASAN xidmət" ölkəmizdə ilk dəfə olaraq şüar seçimini Azərbaycan vətəndaşlarına həvalə edir.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə agentliyin məlumatında deyilir.

Fevral ayının 15-nə kimi davam edəcək müsabiqədə vətəndaşlar öz təkliflərini "ASAN xidmət" mərkəzinin facebook səhifəsinə məktub yaxud şərh (http://www.facebook.com/www.asan.gov.az), həmçinin info@asan.gov.az rəsmi ünvanına yazmaqla bildirə bilər. Müsabiqənin şərtləri:

- Şüar Azərbaycan dilində olmalıdır;

- Şüar üç sözdən artıq olmamalıdır.

Müsabiqədə iştirak et – "ASAN"-a "SÖZ" töhfəni et!

Ən maraqlı, kreativ və ASAN xidmətin fəaliyyətinə uyğun şüarla çıxış edən müsabiqə qalibi mükafatlandırılacaq. CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL