waplog

“Nokia” 100 dollarlıq telefon təqdim edib


Finlandiyanın "Nokia" şirkəti "Asha 310" telefonunu təqdim edib. Aparat 400×240 piksel təsvir ölçülü 3 düymlü sensor ekranla təchiz edilib və "Dual SİM"-i dəstəkləyir.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Nokia Asha 310" telefonu 2 meqapiksel təsvir ölçüsünə malik kamera, 20 MB daxili yaddaş, "microSD" slotu, "Wi-Fi" və "Bluetooth" modulları, FM tüner ilə təchiz edilib. Telefonun konstruksiyası aparatı yenidən yükləmədən "SİM" kartları dəyişdirməyə imkan verir. Bundan başqa, "Asha 310" aparatı 5 abunəçi profilini yadda saxlayır.

Cihazın ölçüsü 110×54×13 millimetr, çəkisi 104 qram təşkil edir. İstehsalçının iddiasına əsasən, telefonun avtonom iş vaxtı danışıq rejimində 17 saat və gözləmə rejimində isə 25 gün üçün kifayət edir. Model "3G" texnologiyasını dəstəkləmir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL