Qızdırıcını xatırladan səssiz kompüter yaradılıb (VİDEO)
Güclü kompüterlər informasiyanı sürətli emal etməklə yanaşı həm də xeyli miqdarda istilik ayırır. Məşhur dizayner Cefri Stivenson bu xüsusiyyətdən yararlanıb. O, ventilyatorsuz işləyən və qızdırıcını xatırladan səssiz kompüter yaradıb.
“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, qeyri-adi layihə “Ayr” adlandırılıb. Sistem “Intel Core i3-3225” prosessoru əsasında yığılıb və 8 QB əməli yaddaşla təchiz edilib. Kompüterə “Windows 8” əməliyyat sistemi quraşdırılıb.
Layihənin ən mühüm hissəsini “Silverstone HE02” adlı unikal soyutma sistemi təşkil edir. Bu system sayəsində istilik enerjisi xüsusi pəncərələrdən xaric olur.