waplog

“1 şagird:1 kompüter” müsabiqəsinə 140 müəllimin layihəsi qəbul edilib


Təhsil Nazirliyitərəfindən keçirilən "1 şagird:1 kompüter" müsabiqəsinə iştirak üçün göndərilən müraciətlərdən 140 müəllimin layihəsi qəbul edilib. Hazırda müraciətlərin qəbulu sona çatıb və Ekspert Qrupu tərəfindən qiymətləndirilmə prosesi həyata keçirilir.

Bu barədə məlumat verən İKT İnformasiya Mərkəzindən bildirilib ki, təqdim edilmiş layihələrin qiymətləndirmə meyarlarına layihənin tədris məqsədləri üçün praktik əhəmiyyəti, metodiki baxımdan işlənmə səviyyəsi, materialların texniki-texnoloji cəhətdən rahat, aydın və anlaşıqlı təsviri daxildir: "Meyarlara uyğun olan layihələr müsabiqənin növbəti mərhələsinə buraxılacaqlar. Müsabiqənin məqsədi İKT əsaslı fərdiləşmiş təhsilin formalaşması, "1 şagird:1 kompüter" layihəsi çərçivəsində netbukların daha səmərəli istifadəsinə hazır olan müəllimlərin və məktəblərin seçilməsidir.

Müsabiqə üzrə məlumatlar www.musabiqe.edu.az  səhifəsində yerləşdirilib.

Müsabiqə çərçivəsində qalib gəlmiş müəllimlərin bir sinfinin şagird kollektivi netbuklarla təchiz olunacaq. Hər bir qalib müəllim onun tədris etdiyi sinifdə şagirdlərin sayı qədər netbuklar alacaq. Mərkəzdən qeyd edilib ki, məktəblərə netbukların verilməsinin müsabiqə formatına keçirilməsi Azərbaycanın təhsil sistemində ilk təcrübədir. Bu format"1 şagird:1 kompüter" layihəsi çərçivəsində texnologiyalara daha böyük maraq göstərən təhsil müəssisəsinə netbukların verilməsini nəzərdə tutur və müəllimlərin İKT biliklərinin tədrisdə istifadəsi üçün motivasiyalaşdırır.

"1 şagird:1 kompüter" layihəsi çərçivəsində verilən netbukların sayı məhdud olduğu üçün Təhsil Nazirliyi müsabiqə formatına keçid barədə qərar verib. Təcrübə uğurlu olarsa, sayı məhdud olan digər texnoloji avadanlıqların da müsabiqə yolu ilə məktəblərə verilməsi istisna deyil. İndiyədək "1 şagird:1 kompüter" layihəsi çərçivəsində Azərbaycanın 15 ümumtəhsil müəssisəsinə 2077 netbuk təmənnasız olaraq verilib. Şagirdlər bu netbuklardan həm məktəbdə, həm də evdə istifadə edirlər. Netbuklar həmçinin təhlükəsiz İnternet paketi ilə təchiz olunub.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL