Paytaxtda daha keyfiyyətli və sürətli internet üçün yeni texnologiyaya əsaslanan şkaflar quraşdırılır
«Bizim əsas strategiyamızdan biri optik kabellərin çəkilişi və yeni tipli avadanlıq vasitəsilə ATS-i abonentə yaxınlaşdırmaqdır. Bunun üçün də yeni texnologiyaya əsaslanan «Smart AX» avadanlıqlarını daha münasib ərazilərə yerləşdiririk».
Bu fikirləri "ICTnews" elektron xəbər xidmətinə açıqlamasında Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) İnformasiya Texnologiyaları Laboratoriyasının rəisi Faiq Hüseynov söyləyib. O bildirib ki, «Smart AX» şkaf tipli avadanlıqdır və onun vasitəsilə abonentlər daha keyfiyyətli internetlə təmin olunur:
«Bundan əvvəlki avadanlıq isə ölçülərinə görə böyük tutumlu idi. Ona görə də yeni tikilən binalarda bir otaq götürürdük və orada avadanlıqları yerləşdirirdik. Lakin «Smart AX» avadanlığı bir qədər tutumca azdır. Onları divara da bərkitmək mümkündür. İnternet optik kabellə həmin şkafa kimi gəlir və buradan da binadakı abonentlərə paylanılır».
«Bu avadanlıq bizə hansı üstünlükləri verir?» sualını cavablandıran F.Hüseynov bildirib ki, onun vasitəsilə xətlərin göstəriciləri yaxşılaşdırılır: «Çünki məsafə uzandıqca göstərilən xidmətin keyfiyyəti aşağı düşür. 3 kilometrdən artıq olan məsafələrdə şkafları dəyişdiririk ki, abonentlərə genişzolaqlı xidməti daha keyfiyyətli çatdıra bilək. Çünki məsafə 3 kilometrdən çox olan zaman internet xidməti normal olmur. Bundan başqa magistral kabeldə 30 faizdən çox ADSL abunəçisi olan zaman yüksək sürətlərdə problemlər yaranır. Yəni ADSL texnologiyasının imkan səviyyəsi məhduddur. Ona görə biz abonentlərə normal internet vermək üçün ATS-i abonentə yaxınlaşdırırıq. Yəni bunlar yeni texnologiyalardır.
Gələcəkdə abonentə kimi optika da gedəcək». F.Hüseynov onu da əlavə edib ki, bu günə qədər 8 ədəd «Smart AX» avadanlığı quraşdırılıb. Onun sözlərinə görə, daha 3 ədəd bu tipli avadanlığın quraşdırılması planlaşdırılır.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL