2012-ci ildə “ağıllı” telefon bazarının liderləri hansı şirkətlər olub?
"Gartner" tədqiqat agentliyi 2012-ci ilin dördüncü rübü və ümumilikdə 2012-ci il üzrə mobil telefon və "ağıllı" telefon bazarı ilə bağlı hesabatını dərc edib.
Hesabata əsasən, 2012-ci ildə qlobal bazarda mobil telefonların satış həcmi 1,75 milyard təşkil edib və bu göstərici 2011-ci illə müqayisədə 1.7 faiz azdır. Xatırladaq ki, mobil telefonların satış həcminin azalması sonuncu dəfə 2009-cu ildə müşahidə olunub.
"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, mobil telefon satışlarının ümumi sayının azalmasına baxmayaraq, "ağıllı" telefonların populyarlığı daima artır. Belə ki, 2012-ci ilin dördüncü rübündə 207,7 milyon "ağıllı" telefon satılıb və bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 38.3 faiz çoxdur. "Gartner" analitiklərinin fikrincə, 2013-cü ildə təxminən 1 milyard "ağıllı" telefon satılacaq.
Hesabata əsasən, "Apple" və "Samsung" şirkətləri "ağıllı" telefon bazarının 50 faizinə nəzarət edirlər. 2012-ci ilin yekununa görə, "Samsung" mobil telefon (384,6 milyon qurğu) və "ağıllı" telefon (205,8 milyon qurğu) bazarları üzrə lider olub. 130,1 milyon "ağıllı" telefon satmış "Apple" şirkəti ikinci olub. "Ağıllı" telefon satışlarının həcminə görə "Huawei" şirkəti ilk dəfə üçüncü yerdə qərarlaşıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL