waplog

“Oracle” şirkəti “Google”-dan 1 milyard dollar tələb edir


"Oracle" şirkəti 2010-cu il tarixli şikayətə yenidən baxılmasını tələb edir. Xatırladaq ki, şirkət o zaman "Java"nın "Android" platformasında qanunsuz istifadəsinə görə "Google"-u ittiham etmişdi. Hazırda iddiaçı 1 milyard həcmində kompensasiya tələb edir.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, "Oracle" şirkəti "Java" üzərində müəllif hüququnu 2010-cu ilin yanvarında onu hazırlayan "Sun Microsystems" şirkətini 7.4 milyard dollara satın almaqla əldə etmişdi. "Java" açıq platformadır və "Google" bildirir ki, "Android" platformasında istifadə edilmiş 37 proqram interfeysi (API) "Oracle"-ın patentləri ilə qorunmur.

"Android", həmçinin açıq platformadır, buna görə "Google"-un hüquqşünaslarına görə, şirkət bu sahədə qanunvericiliyə tam riayət edir. Lakin "Oracle" əksini hesab edir. "Müəllif hüququ şeirdən tutmuş, Çin restoranında təqdim edilən menyuya qədər hər şeyi müdafiə edir – şirkətin Apelyasiya Məhkəməsinə təqdim etdiyi ərizədə bu cür qeyd edilib.

Bizim köçürülmüş hazırlamalarımız bir çox insanın gərgin əməyinin nəticəsidir".

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL