waplog

Avropanın ən güclü superkompüteri işə salınıb


Almaniyada Avropanın ən güclü superkompüteri işə salınıb, onun məhsuldarlığı 5,9 petaflops və ya saniyədə 5,9 min trilyon əməliyyata bərabərdir.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “JuQueen” adlandırılmış superkompüterin prosessorları ümumilikdə təxminən 459 min nüvəyə malikdir. Prosessorların hazırlanmasında enerjiyə qənaət edən texnologiyalar tətbiq edilib. Mütəxəssislər bildirir ki, bu superkompüter müasir fərdi kompüterdən 100 min dəfə daha güclüdür.

EHM-i Amerikanın “IBM” korporasiyası hazırlayıb. Məlumat üçün bildirək ki, dünyanın iki ən güclü kompüteri (“Titan Cray XK47” və “Sequoia BlueGene”) ABŞ-da yerləşir. Üçüncü yerdə Yaponiyanın “K computer” (10.51 petaflops) superkompüteri qərarlaşıb. İşə salınmış “JuQueen” superkompüteri reytinqdə beşincidir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL