Artıq QHT illik hesabatlarını Maliyyə Nazirliyinə elektron formada təqdim edəcək
Azərbaycanda qeyri-hökumət təşkilatları illik hesabatlarını Maliyyə Nazirliyinə elektron formada təhvil verə biləcəklər.
"ICTnews" elektron xəbər xidmətinin Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, qeyri-hökumət təşkilatları tərəfindən tərtib edilmiş illik hesabatların elektron formada sözügedən nazirliyə təqdim edilməsi məqsədi ilə nazirliyin rəsmi "www.maliyye.gov.az" internet saytında Elektron xidmətlər - hesabatların qəbulu - maliyyə hesabatları - QHT-nin maliyyə hesabatları bölməsi yaradılıb.
Azərbaycan Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qeyri-Hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası»nın 3.1-ci bəndi ilə əhəmiyyətli uçot siyasəti və izahlı qeydlərin qeyri-hökumət təşkilatları üzrə illik maliyyə hesabatlarının tərkib hissələrindən biri kimi müəyyən edildiyini nəzərə alaraq, Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartının 7-ci "Qeydlər" bölməsinin tələblərinə əsasən həmin qeydlərdə hesabat formalarının aktiv, öhdəlik, kapital, gəlir və xərc üzrə əks etdirilmiş bütün maddələri açıqlanmalıdır.
Məlumat üçün bildirək ki, maliyyə hesabatlarının müəyyən olunmuş müddətdə, formada təqdim edilməməsi, dərc edilməməsi və tələb edilən məlumatların göstərilməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsində göstərilən inzibati məsuliyyəti yaradan hal kimi qəbul ediləcək və həmin maddəyə uyğun olaraq müvafiq qeyri-hökumət təşkilatlarına inzibati cərimələr tətbiq ediləcək.
Qeyri-hökumət təşkilatları tərəfindən illik maliyyə hesabatlarının hazırlanması ilə bağlı yaranmış suallarla "qht-hesabat@maliyye.gov.az" elektron poçt ünvanına müraciət edilə bilər.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL