waplog

Sensor ekranlar üçün “yoxa çıxan” klaviatura təqdim edilib (VİDEO)


Kaliforniyanın “Tactus Technology” şirkətinin təqdim etdiyi yeni texnologiya ekranın səthində qabarıqlar yaradır və onlar virtual klaviaturanı yaradır. Klaviatura istifadə edilmədikdə, həmin qabarıqlar sadəcə yoxa çıxır.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, texnologiya hələ ki sınaq mərhələsindədir. “Tactus Technology”-in mütəxəssisləri bir sıra problemləri həll etməlidirlər: məsələn, qabarıqların peyda olması prosesində müşayiət olunan səsi aradan qaldırmaq, həmçinin paneli zədələnmədən qorumaq üçün onun möhkəmliyini təmin etmək. Texnologiyanın 2013-cü ilin sonunda və ya 2014-cü ilin əvvəlində istifadəyə veriləcəyi gözlənilir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL