waplog

Azərbaycanda gömrük nəzarətindən keçməyən mobil telefonlar aşkar edilib


Azərbaycanda gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsindən keçməyən mobil telefonlar və aksesuarları aşkar edilib.

"ICTnews" elektron xəbər xidmətinin Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan həmin ölkənin vətəndaşı İlya Aleksandrovun idarə etdiyi "LADA 210740" markalı nəqliyyat vasitəsinə gömrük baxışı zamanı avtomaşından mobil telefonlara aid aksesuarlar - 45 ədəd qidalandırma cihazı, 45 ədəd "qulaqcıq", 45 ədəd batareya və 68 ədəd "Samsung GalaxyS" markalı mobil telefon aşkar olunaraq götürülüb.

Tovuz Gömrük İdarəsinin əməkdaşları isə Ağstafa rayonu ərazisində Bakı şəhəri istiqamətində hərəkət edən, Azərbaycan vətəndaşı Vüqar Hacıyevin idarə etdiyi "VAZ-21074" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçiriblər.

Bu zaman avtomaşının yük yerindəki torbanın içindən müxtəlif markalı, cəmi 76 ədəd mobil telefon və mobil telefonlara aid aksesuarlar - 76 ədəd "qulaqcıq", 76 ədəd qidalandırma cihazı, 73 ədəd batareya aşkar olunaraq götürülüb.

Mobil telefonlara baxış zamanı onların Çində istehsal edildiyi və Azərbaycan vətəndaşı Samir Nağıyevə məxsus olduğu, lakin gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsindən keçdiyini təsdiq edən sənədin olmadığı müəyyən edilib.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL