Planşet və “ağıllı” telefonlar enerji ilə 40 faiz daha sürətli doldurulacaq
"Ağıllı" telefon və planşetlər üçün mobil içlik istehsalçısı "Qualcomm" şirkəti "Quick Charge 1.0" mobil texnologiyası üzərində apardığı işi başa çatdırmaq üzrə olduğunu bildirib.
Bu texnologiya sayəsində "ağıllı" telefon sahibləri öz qurğularını enerji ilə daha sürətli doldura biləcək. Şirkətin məlumatına əsasən, yeni texnologiya "Snapdragon" prosessor arxitekturası əsasında işləyən 70-dən çox "ağıllı" telefon və planşet modeli ilə işləyir. İstehsalçı bildirib ki, gələcəkdə yeni texnologiyanı dəstəkləyən modellərin sayı artırılacaq.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Qualcomm" şirkətindən verilmiş məlumata əsasən, yeni texnologiya sayəsində "Snapdragon" çipi ilə işləyən telefon və planşetlər enerjini təxminən 40 faiz daha sürətli doldura biləcək.
Belə ki, "Qualcomm Snapdragon" əsasında işləyən müasir planşet təxminən 4 saat ərzində enerji toplayır, "Quick Charge" texnologiyasını tətbiq etməklə bu vaxtı 2 saat azaltmaq mümkün olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL