waplog

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri «Azercell» və «Bakcell» şirkətlərinin fəaliyyətini kəskin tənqid edib


«Azercell» və «Bakcell» mobil operatorları hökumətin qoyduğu şərtləri qəbul edən kimi onlara 3G xidmətləri göstərmək üçün lisenziya veriləcək. APA-nın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Nazir deyib ki, bununla bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən gərəkli olan bütün addımları atıb. Ə.Abbasov hökumətin 3G lisenziyası üçün irəli sürdüyü şərtləri açıqlamaqla yanaşı, «Azercell» və «Bakcell»in bu məsələdə bəzi tərəddüdlər etdiyini də deyib: «3G lisenziyasını almaq üçün «Telekommunikasiya haqqında» qanuna əsasən hazırlanmış qaydaları qəbul edən kimi onlar bunu alacaqlar. Amma nədənsə həm «Azercell», həm də «Bakcell» bu məsələdə tələsmirlər».
Nazir deyib ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qaydalara əsasən operatorların şəbəkəsi şəffaf olmalıdır: «Yəni orada operatorlar arasında olan trafik mübadiləsi görünməlidir. İkinci ən böyük tələb daşınan nömrələrə keçilməsidir. Çox təəssüf ki operatorlar, xüsusilə də «Azercell» nədənsə buna həvəs göstərmir. Artıq bütün inkişaf etmiş ölkələrdə vahid daşına bilən nömrə prinsipi həyata keçirilir. Üçüncü ən böyük tələb isə operatorlar arasında trafik mübadiləsində qiymətin aşağı salınmasıdır. Bu gün o, Azərbaycanda 5 qəpikdir. Bu da ümumi qiymətin yüksək olmasına gətirib çıxarır. Ona görə də artıq belə bir qərar qəbul edilib ki, trafik haqqı 2 qəpiyə endirilsin. Buna da «Azercell» və «Bakcell» razı olmurlar. Bu şərtləri qəbul edəndən bir saat sonra onlara lisenziya veriləcək».

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL